İranda koronavirusdan ölənlərin sayı 2898-ə çatıb.

Unikal.org xarici KİV-nə istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 2 898 nəfər olduğunu açıqlayıb.

"Son sutka ərzində koronavirusa yoluxmuş 141 nəfər vəfat edib, 3111 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə virusa yoluxanların sayı 44606-ya çatıb, bu günədək 14656 nəfər sağalıb.

Hazırda virus daşıyıcılarından 3703 nəfərin vəziyyəti ağırdır".