Rusiyalı şahmatçı Kiril Alekseyenko Koronavirus pandemiyası üzündən yarımçıq qalan İddiaçılar Turnirinin iştirakçısı eyni səbəbdən yarışa qatılmaqdan imtina edən Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun iştirakçılar sırasına qayıtmaq tələbinə cavab verib.

Unikal.org xeber verir ki, rusiyalı şahmatçı Rəcəbovu Maksim Vaşye-Laqrav yerinə buraxmaq olmaz deyib:
 “Bir variant kimi Rəcəbova 2022-ci ildə keçiriləcək İddiaçılar Turnirinə “wild card” təklif olunur. Ümumilikdə götürsək, bu addım məntiqlidir. İndi onu Maksim Vaşye-Laqravın yerinə ikinci dövrəyə buraxmaq olmaz. Fransız Yan Nepomnyaşi ilə birlikdə liderlik edir, turnirin də yarısı oynanılıb”.

Alekseyenko ABŞ şahmatçısı Qata Kamskinin İddiaçılar Turniri ilə bağlı fikirlərinə də münasibətini açıqlayıb. O bildirib ki, Kamskinin dediyi kimi turnirin yenidən, bu dəfə 9 nəfərlə təşkil olunması nəzərdən keçirilmir.