Meksikada koronavirusa yoluxanların sayı 1215 nəfərə çatıb, son sutka ərzində bir nəfər bu virusdan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomia açıqlama yayıb.

“Bu günə qədər 1215 nəfərin yoluxması təsdiqlənib, daha bir xəstə ölüb, belə olan halda, ölənlərin ümumi sayı 29 nəfərə çatıb”, - Alomia belə deyib.