Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 115-ə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Koronaviruslu xəstələrin 22-si sağalıb. Hazırda aktiv COVID-19 infeksiyasının daşıyıcıları 93 nəfərdir.

Karantində 5 106, stasionar nəzarətdə isə 294 nəfər saxlanılır.