Dünya koronavirus panpidemiyası ilə mübarizə apararır. 

Hazırda cütlükləri maraqlandıran suallardan biri də bu virusun cinsi əlaqə yolu ilə keçib-keçməmsi və onların cinsi münasibətinə mənfi təsiridir.
Bu zaman nəyə diqqət etmək lazımdır?  
Bununla bağlı dünyaca məşhur  ekspert dr.Aleks Corc  önəmli xəbərdarlıqlar edib.

Unikal.org məşhur həkimin mətbuata verdiyi  cavabları təqdim edir:

Koronavirus epidemiyası zamanı cinsi əlaqə nə dərəcədə təhlükəsizdirmi?

- Hər hansı bir münasiniz varsa, onunla daim cinsi əlaqədə olursuzsa, birlikdə yaşayırsızsa  cinsi vəziyyətinizdə heç nə dəyişmir. 
Ancaq hər hansı birinizdə koronavirus əlamətləri varsa, aranızda etibarlı bir məsafə saxlamalı və hətta evin içərisində karantin tətbiq etməlisiniz.

İdeal olaraq, evdə də hərkəsin iki metrdən artıq bir-birinə yaxlaşmamasının bir o qədər önəmli olmadığını bilirik. Siz xəstəliyi yüngül keçirsəniz də münasibətdə olduğunuz şəxsin də xəstəliyi eyni şəkildə keçirəcəyini düşünməyin.
Beləliklə, simptomlar varsa, sevgilinizdən uzaq durun.

Yeni şəxslərlə cinsi əlaqədə olmaq təhlükəlidirmi?

- Bu mühitdə yeni insanlarla cinsi əlaqəyə girməyinizi qətiliklə tövsiyə etməzdim, çünki bir virusunuz varsa onu digər adama ötürə bilərsiniz. 
Qeyd edək ki, virus daşıyan bəzi insanlar xəstəlik əlamətləri göstərmirlər. Buna görə tamamilə sağlam olsan da, virusu başqalarına ötürə bilərsən, bu da virusu yaxın təmasda olan başqalarına ötürmək deməkdir. 

Məsələn Bu yaxınlarda tanış olduğum birini öpdüm və sonrakı günlərdə bu insan xəstəlik əlamətləri göstərməyə başladı. Mən nə etməliyəm?
- Sonradan koronavirus əlamətləri göstərən biri ilə öpüşdünüzsə və ya cinsi əlaqədə olmusunuzsa   özünüzü karantinaya alın.
Semptomlar ağırlaşarsa, ölkənizdəki təqdim olunan telefon nömrələrinə zəng edin.

"Belə bir vaxtda cinsi  münasibət qurmamağı necə bacararam? Hazırda tək qalmaq istəmirəm" deyənlərə nə cavab verərdiniz?
- Əslində deyərdim ki, bu pandemiya bir çox insanı yaxşı  cinsi həyatın mənasını,  xoş və həzz alıcı  əlaqənin nə olduğunu düşünməyə vadar etdi. 
Məsələn, cütlüklərin bir-birinə seksual hekayələr yazmağa başladığı xəbərlərini eşidirəm.

Hətta bu ayrılıqlar onların ədəbiyyat yönlərini də ortaya çıxarır.
Sevgililərin ayrı yaşadıqları, karantinada olduqlar dövrü üstünlüyə çevirib,   yaradıcılıqlarını inkişaf etdirdiklərini düşünürük.