Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrı dövlət qurumları, özəl şirkətlər və vətəndaşlar tərəfindən vəsaitlərin köçürülməsi davam edir.

Unikal.org xəbər verir ki, fonda ianə edənlər arasında sabiq nazirlər və övladları da var.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov 2 min manat, oğlu Anar Məmmədov 3 min manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüb.