Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Unikal.org xəbər verir ki, ölkənin Səhiyyə Naziri Fahrettin Koca son 24 saat ərzində 14 396 nəfərin koronavirus testindən keçdiyini bildirib. Onların 2 148 nəfərində koronavirus aşkarlanıb. 

Son sutka ərzində koronavirusdan ölənlərin sayı isə 63 nəfər olub. Türkiyədə ümumilikdə koronavirusa yoluxanların sayı 15 679-ə, bu səbəbdən ölənlərin sayı isə 277-ə çatıb.