Martın 31-də “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları tərəfindən 596 min 464 manat ianə köçürülüb.

Unikal.org xəbər verir ki, hazırda fondun hesabında ümumilikdə 3 milyon 994 min 918 manat vəsait var.

Qeyd edək ki, fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 24 mart tarixli fərmanı ilə yaradılıb.