“Arsenal”ın sabiq futbolçusu Andrey Arşavin hazırda “topçular”da forma geyinən Məsut Özili tənqid edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Rusiya millisinin sabiq üzvü olan Arşavin, Özil haqda bunları deyib:

“Məsut dünya səviyyəsində böyük futbolçudur, ona hörmət edirəm. Amma mənə görə, o, oyunun sürətini aşağı salır. Mən olsam, onun yerinə başqa oyunçudan istifadə edərdim. Onun “Arsenal”da qalacağına inanmıram.

“Arsenal”ın heyəti tam bərabər deyil. Göründüyü kimi, baş məşqçi Mikel Arteta da Məsutdan çox istifadə edir. Hazırda komanda Artetanın istədiyi səviyyədə deyil”.

Arşavin 2009-2013-cü illər aralığında “Arsenal”da çıxış edib.