Koronavirus dünyada yayılmağa davam edir.

Unikal.org məlumat verir ki, virus nəticəsində ölənlərin sayı dünyada 47 min 261-ə, yoluxmuş xəstələrin sayı 937 min 567-ə çatıb. 194 min 311 nəfər koronavirusdan müalicə alaraq sağalıb.

Belə ki, son 24 saat ərzində 4 min 911 nəfər ölmüş və daha 77 min 386 virus aşkar edilmişdir.

İtaliyada sürətlə yayılan virus Avropanın epidemiyanın mərkəzinə çevrilməsinə səbəb olub. İtaliyada həyatını itirənlərin sayı 13 min 155-ə, yoluxanların sayı 110 min 574-ə yüksəlib.

İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Kiyanuş Cihanpur, dünən keçirdiyi mətbuat konfransında koronavirusun yayılması üçün son 24 saatlıq balans hesabatını açıqlayıb.
Cihanpur, ölkədə epidemiya səbəbiylə ölənlərin sayının 3 min 36-ya çatdığını, virus diaqnozu qoyulanların sayının isə 47 min 593-ə yüksəldiyini bildirib.

ABŞ-da aşkar olunan koronavirusla bağlı halların sayı Çin və İtaliyadan keçib. ABŞ-da koronavirus virusuna yoluxanların sayı 216,721-ə çatıb.Ölənlərin sayı 5 min 138 olub. Bu ölümlərin min 374-ü Nyu-Yorkda baş verib.