Koronavirus epidemiyasının ən çox təsir etdiyi ölkələrdən biri olan İtaliyada koronavirus səbəbiylə  cinayət hadisəsi törədilib.

Unikal.org xəbər verir ki, İtaliyalı tibb işçisi olan 28 yaşlı Antonio De Pace həmin xəstəxanada koronavirusdan müalicə alan 27 yaşlı sevgilisi Lorena Quarantanı boğaraq öldürüb. 

Polislərə ifadəsində tibb işçisi Antonio De Pace, “Məni koronavirus xəstəliyinə yoluxduğu üçün öldürdüm” deyərək cinayəti etiraf edib.

Tibbi ekspertiza zamanı öldürülən qadının koronavirus nəticəsi mənfi çıxıb. 

Qeyd edək ki, sevgilisini öldürən Antonio De Pace tibbi müayinəyə göndərilib və nəticəsi mənfi çıxıb. 

 Faktla bağlı araşdırma davam edir.