Çində başlayan və dünyaya yayılan koronavirus epidemiyası 40 mindən çox insanın həyatına son qoyub. 

Unikal.org məlumat verir ki, təhlükəli virusdan qorunmaq üçün bir çox şəxslər virusun tüğyan etdiyi ərazidən uzaqda yaşamağa qərar veriblər. 

Türkiyəli məşhur müğənni Tarkan dünyaya təsir edən koronavirusdan qorumaq üçün ailəsi ilə birlikdə Almaniyadakı evinə köçüb.

Belə ki, Megastar Köln şəhərinə köçərək özünü və ailəsini karantin altına alıb.