Almaniyanın Şimali-Reyn Vestfaliya bölgəsindəki Bonn şəhərindəki Bonn Universiteti Xəstəxanasında aparılan tikinti işləri zamanı İkinci Dünya Müharibəsindən 250 kiloqram ağırlığında bomba tapılıb. 

Unikal.org xəbər verir ki, Bonn Universiteti Xəstəxanasında koronavirus xəstələri də  daxil olmaqla 213 xəstə təxliyə edilib.

Belə ki, Alman mediasının məlumatına görə, 213 xəstənin, o cümlədən 69 reanimasiya şöbəsinin xəstəxanadan evakuasiya edildiyini açıqlanıb.

Həmçinin də, bombanın  yerləşdiyi nöqtədən 500 metr məsafədə oturan bəzi sakinlərin evlərini boşaltmaları lazım olduğu açıqlanıb.

Bomba məhvinin yerli vaxtla saat 16: 00-da başa çatdırılması gözlənilir.