Aprelin 2-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayon  ərazisində  xüsusi karantin rejiminin tələblərinin riayət edilməsi vəziyyəti ilə yaxından tanış olub.  

Unikal.org xəbər verir ki, Keçirilən baxış zamanı icra başçısı tərəfindən rayon sakinlərinə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum təmasda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək kimi vacib tövsiyyələr verilib. Aparılan maarifləndirmə işləri zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yaradılmış mobil qrupların fəaliyyətinin səmərəliliyi ilə də tanış olub. 
Şəhər ərazisində aparılan izahetmə-xəbərdarlıq işləri zamanı rayon rəhbəri bir çox ticarət və xidmət obyektlərində qəbul edilmiş izolyasiya tələblərinin icra vəziyyəti ilə yaxından tanış olub. Rayon rəhbəri şəhər mərkəzində yerləşən ərzaq satışı ilə məşğul olan böyük ticarət obyektlərində olarkən, sakinlərə aparılan maarifləndirmə işlərinin əsas məqsədini ətraflı şəkildə izah edib, gündəlik ərzaq məhsullarının qiymət səviyyəsi ilə də tanış olmuşdur. İcra başçısı, həmçinin bir neçə aptekə baş çəkib, tibbi maska və spirtlə təchizat məsələləri ilə maraqlanmışdır. Apteklərdə tibbi maska ilə bağlı təminatın gündəlik məhdud sayda olduğu bildirilib. Yaxın günlərdə ölkədə maska ilə bağlı çatışmamazlığı aradan qalxacağı, yerli istehsalla tələbin ödəniləcəyi icra başçısı tərəfindən diqqətə çatdırılıb.
Karantin rejiminə görə xəbərdalıqlara əməl etməyən bir neçə ictimai iaşə obyekt sahibləri və vətəndaşlar inzibati qaydada cərimələniblər.