Yunanistanın Piraeus Limanında “El Venizelos” adlı gəmi gəmisinin sərnişin və heyətdə yeni bir növ koronavirusun (COVID-19) aşkarlanması səbəbiylə karantinə alındığı bildirilib. 

Unikal.org Yunanistan mətbuatına istinadən xəbər verir ki, İspaniya və Türkiyədəki bəzi limanlara uğradıqdan sonra Birə Limanına gəldiyi ifadə edilən gəmidə ən az 120 adamda “COVID-19” təsbit edildiyi qeyd olunub. 

Belə ki, 34-ü ekipaj, ümumi 383 adam olan gəmidəki sərnişinlər arasında Türk vətəndaşlarının da olduğu qeyd olunub.  Yunan ANEK şirkətinə aid gəminin Türk firmalar tərəfindən icarəyə götürüldüyü və Türkiyə-İspaniya arasında səfərdə olduğu bildirilib.

Digər tərəfdən, paytaxt Afina yaxınlığındakı Riçonas qaçqın düşərgəsində koronavirus səbəbiylə karantinin alındığı bildirilib.

Yunanıstan hakimiyyəti, düşərgədəki 20 insanın virus aşkarlandığı üçün düşərgəyə giriş və çıxışı qadağan etdiyini açıqlayıb.