Ukraynanın Daxili Kəşfiyyat və Təhlükəsizlik Xidməti (KSB), paytaxt Kiyevdə, Rusiyadan pul alaraq sosial şəbəkə vasitəsi ilə Ukraynada koronavirusun (COVID-19) baş verməsi ilə bağlı saxta xəbərlər yaydığı şəxslərin tutulduğunu açıqlayıb. 

Unikal.org Ukrayna KİV-ə istinadən xəbər verir ki, Rusiya səlahiyyətlilərinin Kiyevdəki 2 nəfərlə əlaqə saxladığı və pul qarşılığında koronavirus haqqında saxta xəbərlər verdikləri bildirilib.

Bəyanatda bildirilib ki, bu 2 nəfərin sosial şəbəkədə yaydığı xəbərin məqsədi cəmiyyətdə çaxnaşma yaratmaq, hökumətin fəaliyyətinə xələl gətirmək və ölkədəki ictimai-siyasi vəziyyəti pozmaqdır.

Faktla bağlı araşdırma davam etdirilir.