Türkiyənin Hatay vilayətində yük maşının əyləcinin sıradan çıxması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, TIR əvvəlcə yol kənarında dayanan və hərəkətdə olan avtomobillərə dəydikdən sonra, yaxınlıqda yerləşən idman salonunun divarına çarpılaraq dayana bilib.

Qəzada ilkin məlumata görə, 5 adam həyatını itirdi, 15 adam yaralandı. Yaralılar təcili yardımlarla xəstəxanalara aparılıb.