Karantin zonalarına yerləşdirilən şəxslər həkimləri alqışlayaraq təşəkkür ediblər.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, karantin zonasında olan azərbaycanlı gənclər onlara göstərdikləri xidmətə görə, otaqlarının qapısından çıxaraq həkimləri alqışlayıblar və bunu videoya çəkiblər. 

Qeyd edək ki, hazırda Azərbaycanda müxtəlif karantin zonalarında 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.