İngiltərədə koronavirusa yoluxan qadın digər insanlara çağırış edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şaron Kuk adlı qadın xəstəxanada karantin altında saxlanıldığı otaqda video çəkərək insanları evdə qalmağa çağırıb.

O, "İnsanların evdə qalmalarının nə qədər önəmli olduğunu bilmələrini istəyirəm. Yaxınlarınız üçün darıxsanız belə çölə çıxmağa dəyməz. Hal-hazırda xəstəxana otağındayam və nəfəs almaq üçün mübarizə aparıram" sözlərini deyib. 

23 mart tarixindən etibarən xəstəxanada müalicə aldığını qeyd edən Şaron Kukun vəziyyətinin yaxşıya doğru getdiyi bildirilib.