Ermənistanda koronavirusdan daha bir nəfər ölüb.

Unikal.org xəbər verir ki, bunu Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. 68 yaşlı pasiyentdə koronavirusa yoluxma və ikitərəfli ağciyər pnevmoniyası təsdiqlənib.

Qeyd edək ki, Ermənistanda 663 nəfər koronavirusa yoluxub, 5 nəfər isə pandemiyadan ölüb.