Dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı 1 milyon nəfəri keçib.

Unikal.org Worldometers.info-ya istinadən xəbər verir ki, hazırda COVİD-19 infeksiyasına yoluxanların sayı 1 milyon 983 nəfərdir.

Bu günədək 51 min 383 insan koronavirusdan dünyasını dəyişib. Virusa yoluxmuş 210 min 257 xəstə sağalaraq evə buraxılıb.