Bakının Binəqədi rayonunda bıçaqlanma olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə keçmiş Xutor yaşayış massivində qeydə alınıb.

1960-cı il təvəllüdlü Salmanov Şair Mehman oğlu sərxoş vəziyyətdə qonşusu ilə mübahisə edib. Nəticədə, həmin şəxs bıçaqla ona xəsarətlər yetirib.

Ş.Salmanov alnının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.