Rusiyada son sutka ərzində koronavirusa tutulan insanların sayı açıqlanıb. 

Unikal.org bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bildirilib ki, ölkədə 78 regionda 601 nəfər koronavirus infeksiyasına yoluxub.

Hazırda Rusiyada 4149 nəfər COVID-19-un yaratdığı xəstəlikdən əziyyət çəkir.

Ötən gün 46 xəstə sağalaraq evə buraxılıb. İndiyədək Rusiyada 281 nəfər sağalıb, 34 nəfər ölüb, 210 min 206 nəfər həkim nəzarəti altındadır.

Moskvada yeni yoluxanların sayı 448 nəfərdir. Xəstələrin təxminən yarısı yaşı 45-dən aşağı olanlardır.