Cənubi Koreyada yeni bir növ koronavirus (COVID-19) ilə yoluxan insanların sayı 10 min nəfəri keçib.

Unikal.org Yonhap agentliyinin xəbərinə istinadən xəbər verir ki,  Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC), ölkədə yeni koronavirus virusuna yoluxanların sayının son 24 saatda  86 yeni hal aşkarlanaraq 10 min 662-ə yüksəldiyini açıqlayıb.

Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) məlumatına görə, “COVİD-19” səbəbiylə həyatını itirənlərin sayının  ümumi 174-ə çatdığını bildirib. 

Cənubi Koreyada yeni növ koronavirus səbəbi ilə ölənlərin yarısından çoxunun 80 yaşdan yuxarı xəstələr olduğu haqqında məlumat paylaşan KCDC, yoluxduqdan sonra sağalanların sayının 6 min 21 olduğunu qeyd edib.

Digər tərəfdən, Cənubi Koreyada 27 mindən çox insanın karantində olduğu bildirilib.