Azərbaycanlı MMA idmançısı Tofiq Musayevin də iştirak edəcəyi “Rizin 22” döyüş gecəsi ləğv olunub.

Unikal.org xəbər verir ki, bu barədə Rayzin Döyüş Federasiyasının rəhbəri Nobuyuki Sakakibara məlumat verib. Yaponiyada Yokohama Arenasında, aprelin 19-da keçirilməsi nəzərdə tutulan döyüş gecəsi koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Tofiq Musayev “Rizin 22” döyüş gecəsində “Killer” ləqəbli braziliyalı Luis Qustavoyla qarşılaşmalı idi.