Pərvin Abıyeva sevgilisi Murad Abdullayevdən ayrılıb.

Unikal.org xəbər verir ki, aktrisa ilk dəfə bu barədə Toliklə səmimi" youtube layihəsində danışıb.

Tolik Muradın qardaşı Cavidanın ölüm hadisəsindən söz açaraq ona sual verib:

"Bu hadisədə sizi günahlandıranlar oldu. İndi qardaşı ilə münasibətiniz varmı?"

"Bu, cinayət deyildi, bədbəxt hadisə idi. Olar bu söhbətlərə girməyək, çünki çox pis oluram. Hazırda həyatımda heç kim yoxdur və uzun müddət olmayacaq".

Xatırladaq ki, P.Abıyeva “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova, keçmiş aparıcı Seyran Əliyeva, Murad və Cavidan Abdullayev qardaşları Yeni il gecəsini Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçirmişdilər. Yeni il gecəsi başa çatdıqdan sonra Pərvin Abıyevanın sevgilisinin qardaşı Cavidan Abdullayev gözlənilməz şəkildə vəfat edib. Ekspertizanın rəyinə əsasən, C.Abdullayev kəskin ürək çatışmazlığından və işemik insultdan ölüb.