Almaniya kansleri Angela Merkelin yeni koronavirusun (COVID-19) qarşısının alınması üçün karantin prosesi başa çatıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hökümət sözçüsü Steffen Seibert verdiyi açıqlamada, Baş nazir Merkelin karantin prosesinin başa çatdığını və işinə başladığını söyləyib.

Həmçinin də, Seibert, Merkelə 3 koronavirus testinin mənfi olduğunu xatırladıb.

Qeyd edək ki, mart ayının 19-da edilən test nəticələrinə uyğun olaraq Merkeldə koronavirus testi müsbət çıxaraq karantinə alınmışdı.