İsveçdə fəaliyyət göstərən səhiyyə şirkəti “Mölnlycke” Çindən İtaliya və İspaniya üçün idxal etdikləri milyonlarla maska və əlcəyin Fransa tərəfindən ələ keçirildiyini açıqlayıb. 
 
Unikal.org
xarici KİV-ə istinadən məlumat verir ki, yeni növ koronavirusun (COVID-19) yayılması davam edərkən, Avropa Birliyinin (AB) dörd ölkəsi, İsveç, Fransa, İtaliya və İspaniya arasında maskalı böhran ortaya çıxıb.

Belə ki, İsveçdə fəaliyyət göstərən səhiyyə şirkəti “Mölnlycke”nin rəsmi saytından verilən açıqlamada, Fransanın Çindən İspaniya və İtaliyaya gətirilən milyonlarla üz maskası və əlcəklərini ələ keçirdikləri bildirilib.