Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri ötüb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, dünyada xəstəliyə 1 100 283 nəfər yoluxub, 58 929 nəfər ölüb.

Koronavirusdan sağalanların sayı isə 226 669 nəfərdir.