Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!” sosial layihəsi çərçivəsində Xalq artisti Zülfiyyə Xanbabayeva 73 yaşlı Solmaz xanımın virtual qonağı olub.

Fonddan Unikal.org-a verilən məlumata görə, layihənin məqsədi koronavirus (COVID-19) virusu ilə əlaqədar Azərbaycanda davam edən xüsusi rejim dövründə #evdəqal kampaniyasına dəstək göstərməkdir.