Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Unikal.org xəbər verir ki, 79 yaşlı qadın virusun ilk qurbanı olub.

O, martın 31-də xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, bu günədək Gürcüstanda 156 yoluxma faktı aşkar edilib.
Ölkədə martın 31-dən etibarən komendant saatı qüvvəyə minib. Komendant saatı yerli vaxtla saat 21:00-dan 06:00-dək qüvvədədir.