İtaliyanın baş naziri Cüzeppe Kontenin mühafizəçisi koronavirusun qurbanı olub.

Unikal.org xəbər verir ki, ölən 52 yaşlı Corcio Quastamakkiadır.

Məlumata görə, mühafizəçiyə koronavirus diaqnozu ötən gün qoyulub. O, bu gün səhər xəstəlikdən dünyasını dəyişib.

İki uşaq atası olan C.Quastamakkianın son zamanlar baş nazir C.Konte ilə yaxın təmasda olmadığı, onunla xarici səfərlərə getmədiyi vurğulanır.