İsrail Səhiyyə Nazirliyi ölkədə yeni bir koronavirus səbəbiylə daha 5 nəfərin öldüyünü açıqlayıb. 

Unikal.org məlumat verir ki, Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, “COVİD-19” diaqnozu qoyulan daha 5 xəstənin öldüyü bildirilib.

Beləliklə, İsraildə koronavirus səbəbiylə ölənlərin sayı 44-ə yüksəlib. 

Qeyd edək ki, İsraildə 7mindən çox  insanın “COVID-19” a yoluxduğu bildirilib.