Rusiya cari ilin aprel ayında Çindən daha 80 milyon üçqatlı tibbi maska və 1 milyon Tyvek tipli qoruyucu geyim alacaq.

Unikal.org “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev deyib. Onun sözlərinə görə, tədarük aylıq müqavilələr əsasında həyata keçiriləcək.

Bundan əvvəl Rusiya sənaye və ticarət naziri Denis Manturov bildirib ki, Rusiya bir həftə ərzində Çindən 37 milyon tibbi maska alıb. Bundan başqa regionlardakı ehtiyacları ödəmək üçün isə daha 55 milyon tibbi maska alınması planlaşdırılır.