Tunisin Baş naziri İlyas əl-Fəhfə yeni koronavirus növünün (Covid-19) bağlı keçirilən plenar iclasda   qanunlar qəbul edib.

Unikal.org məlumat verir ki, Baş naziri İlyas əl-Fəhfə: “Virus bu həftə ən yüksək həddə çatacaq”  deyərək, Tunisliləri, fəsadlar törədən xəstəliyin yayılmasının qarşısını almaq üçün alınan ümumi karantin tətbiqinə tabe olmağa çağırıb.

Parlament üzvlərindən “Covid-19” qanun layihəsinə səs vermələrini xahiş edən Fəhfə, bu qanun layihəsi ilə dərhal lazımlı qərarlar qəbul etməyi hədəflədiklərini söyləyib.

Qeyd edək ki, Tunisdə koronavirusdan həyatını itirənlərin sayı 18-ə, yoluxanların sayı isə 495-ə  çatıb.