Yaponiyanın Səhiyyə Nazirliyindən “COVID-19” virusuna yoluxanların və ölümlərin son vəziyyəti barədə məlumatlar paylaşıb. 

Unikal.org Yaponiya KİV-ə istinadən xəbər verir ki, son 24 saat ərzində Yaponiyada koronavirusa yoluxanların sayı 367 nəfərdə aşkarlanaraq ümumi 4 min 209-a, ölənlərin sayı isə 7 nəfər artaraq 95-ə çatıb. 

Qeyd edək ki, paytaxt Tokiada ümumi olaraq koronavirusdan 5 nəfər həyatını itirib, 118 nəfərdə isə virusun nəticəsi müsbət çıxıb.