Fransadakı “COVID-19” pandemiyasından ölənlərin sayı 7 min 560-a yüksəlib.

Unikal.org Fransa KİV-ə istinadən xəbər verir ki, Mətbuat konfransında jurnalistlərə açıqlama verən, Səhiyyə Nazirliyinin baş meneceri Jerome Salomon, “COVID-19” yayılması ilə əlaqədar son məlumatları paylaşıb.

Belə ki, virus aşkarlanan insanların sayının son 24 saatda 4 min 267 artımla 68 min 605-ə çatdığını izah edən Salomon, “COVID-19” daşıyıcıları arasında sağalmış insanların sayının 15 min 438-ə yüksəldiyini söyləyib.

Salomon, 1 mart tarixindən etibarən indiki zamana kimi Fransada qocalar evində baş verən koronavirusla bağlı ölü sayını birlikdə açıqlayaraq, virusdan həyatını itirənlərin sayını 8 minə yaxınlaşdığını bildirib.

Qeyd edək ki,  Fransa, dünyada ən çox itki verən “COVID-19”un səbəb olduğu dördüncü ölkədir.