Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilən qondarma "parlament və prezident seçkiləri"nin nəticəsindən narazı qalan ermənilər etiraz aksiyası keçirib.

Unikal.org xəbər verir ki, 200-dən çox erməni Xankəndi şəhərində toplaşaraq "seçki" saxtakarlıqlarına etirazlarını bildirib.

Aksiya iştirakçıları qanunsuz "seçkilərin" nəticələrinin ləğv olunmasını, qondarma qurumun rəhbəri Bako Saakyanın, "polis rəisi" Levon Mnatsakanyan və "Təhlükəsizlik Şurasının" katibi Arşavir Qaramyanın istefasını tələb ediblər.

Narazı ermənilər "seçkilər"in mənasız olduğunu deyiblər. Onlar saxtakarlıq və qanunsuzluğun hökm sürməsindən şikayətləniblər.