İndoneziyanın Şimali Maluku əyalətində 6,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, İndoneziyanın Meteoroloji İqlim və Geofizika Təşkilatı (BMKG), episentr əyalətinin Qərbi Halmahera bölgəsindəki Jailolo şəhərindən 122 kilometr şimal-qərbdə meydana gələn zəlzələnin yerin 10 kilometr altında olduğunu qeyd edib. 

Zəlzələdə hər hansı bir can və mal itkisi olub-olmadığı barədə məlumat verilməyib. 

Qeyd edək ki, Sentyabrın 26-da Maluku əyalətinin paytaxtı Ambonda baş verən 6,8 bal gücündə zəlzələdə 36 nəfər ölüb.