“Brent” markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti Londonun ICE birjasında 9,5% azalaraq, 31,16 ABŞ dollarına qədər ucuzlaşıb.

Unikal.org xəbər verir ki, WTI markalı neftin də fyuçerslərinin qiyməti 9,5% azalaraq, 25,88 ABŞ dollarına düşüb.

Neftin qiyməti koronavirusa yoluxanların sayının davam edən artması haqqında xəbərlər fonunda enir.