Dünya şöhrətli, pop musiqisinin kralı hesab edilən mərhum müğənni Maykl Cekson ağ, qaşlı əlcəkləri ABŞ-ın Texas ştatında keçirilən hərracda satışa çıxarılıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, hərraca çıxardılan Ceksonun qarderobunun məşhur geyimi 104 031 ABŞ dollarına satılıb. Alıcının adı açıqlanmır.

Qeyd edək ki, yeni sahib həmçinin əlcəyin 1998-ci ildə UNİCEF-ə bağışlandığını ifadə edən məktubu da alıb.