Dünyanı təsir edən koronavirus sürətlə yayılmağa davam edir. ABŞ-ın New York şəhərində zooparkda bir pələngin Covid-19 sınağı müsbət olub.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ Vəhşi Təbiəti Qoruma Dərnəyinin yazılı bir şərhində, 4 yaşındakı Malayziya pələng Nadiada görülən simptomlar üzərində Covid-19 sınağının müsbət olduğu qeyd edilib. 

Açıqlamada, pələnglə eyni yerdə olan 3 pələngdə və 3 şirdə bir sıra virus əlamətlərinin olduğu, lakin bütün heyvanların vəziyyətinin yaxşı olduğu bildirilib. 

Həmçinin də,  Nadianın simptomlar göstərməyən bir zoopark işçisi tərəfindən yoluxduğu ola biləcəyi ifadə edilib.

Amerika mediasına görə, ABŞ-da bu günə qədər hər hansı bir heyvanda Covid-19 hadisəsi baş verməmişdir.

ABŞ Xəstəlikləri Qoruma və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, Çinin Uhan bölgəsində baş verən ilk hal istisna olmaqla heyvanların insanlar arasında virusun yayılmasında hər hansı bir rol oynadığı barədə elmi tapıntı yoxdur.