Koronavirusun yeni növünün (Covid-19) təsirli olduğu ölkələrdən biri olan Kanadada epidemiyada ölənlərin sayı 307 nəfərə yüksəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kanada Federal Səhiyyə Nazirliyi və İctimai Səhiyyə Agentliyinin məlumatlarına görə, ölkə daxilində “Covid-19”dan daha 99 ölüm hadisəsi qeydə alınıb. Beləliklə, epidemiyada ölənlərin sayı 208-dən 307-ə yüksəlib.

Qeyd edək ki, “Covid-19” sınağı üçün müsbət olduğunu təsdiqləyən yoluxanların  sayı, 12 min 375-dən 15 min 55-ə qədər artıb. 

Kanada Federal Səhiyyə Nazirliyinin məlumatlarına görə, bu günə qədər edilən “Covid-19” müalicəsinə müsbət cavab verməklə 2 min 942 nəfər sağalıb.