Şri-Lankada yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən ötən ay 6 böyük şəhərdə iki həftə elan edilmiş komendant saatı daha iki həftə uzadılıb. 

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Şri Lanka Prezident Aparatından verilən açıqlamada, koronavirus səbəbiylə "Kolombo, Gampaha, Kalutara, Puttalam, Kandy və Jaffna yüksək riskli şəhərlərdə komendant saatı qadağan yeni bir təlimata qədər davam edəcək” deyə komendant saatı iki həftəyə kimi uzadılıb.

Xatırladaq ki, Şri Lanka hökuməti, virusun yayılmasının qarşısını almaq üçün martın 20-də ölkənin sıxlıq şəhərlərində iki həftəlik komendant saatı elan etmişdi.

Ölkədə "Covid-19"a yoluxanların sayı 176-ya yüksəlsə də, bu günə qədər koronavirusdan 5 xəstə həyatını itirib.