Avstraliya alimlərinin laboratoriya şəraitində apardıqları testlərə görə, parazit öldürən “İvermektin” tableti koronavirusun hüceyrələrin içərisində böyüməsinin qarşısını alır və virusu 48 saat ərzində öldürdüyü açıqlanıb. 

Unikal.org məlumat verir ki, Avstraliya alimləri parazit öldürən “İvermectin” tableti “Covid-19” virusunu 48 saat ərzində laboratoriya şəraitində öldürdüyünü bildirilib. 

Belə ki, Universitetin Biokimya Kəşf İnstitutunun prezidenti, doktor Kylie Wagstaff verdiyi açıqlamada; “Təcrübələrimizdə bir doza dərman (İvermektin) 24 saat ərzində Covid 19-nın RNT viruslarını əhəmiyyətli dərəcədə azaldır və 48 saat içində tamamilə məhv edir” deyə mətbuata koronavirusla bağlı açıqlama verib. 

Qeyd edək ki, ABŞ Qida və Dərman İdarəsinin (FDA) razılığını alan “İvermektin” əvvəllər QİÇS, dengejit və qrip kimi virus xəstəliklərinin müalicəsində istifadə edilmişdir.

Gülayə Mecid