Bakıda keçmiş məhkumun bağ evinin həyətində silah aşkarlanıb.

Bu barədə Unikl.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Babayevə məxsus bağ evinin həyətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş qardaşı tərəfindən gizlədilən lüləsi və qundağı kəsilmiş “Toz-B” markalı tüfəng aşkar edilərək götürülüb.