Bütün dünya koronavirusla mübarizə apararkən, gündəlik həyatımızın ən vacib məhsullarından birinə çevrilən tibbi maskaların hazırlanma qaydası gündəm yaradıb. 

Unikal.org xəbər verir ki, Türkiyə, son günlərdə koronavirüs epidemiyasıyla mübarizə edərkən bəzi fürsətçilər təkrar-təkrar yuyulub istifadə edilə iddia etdikləri qara rəngli "Nano maska" larını bazarda satışa çıxardıb.

Belə ki, “Nano texnologiyası” adlı qara rəngli maskaların reklamları, xüsusən sosial şəbəkədə görünməyə başlayıb. Bu məhsulların iddia edilən əsas xüsusiyyəti, mikrodalğalı sobada yuyulması və ya isidilməsi ilə dezinfeksiya edilməsidir. Lakin, mütəxəssislər, bunun doğru olmadığını, infeksion daşıyıcıların daha da çoxalmasına şərait yaradacağını bildiriblər. 

Həmçinin də, bu cür maskaların hazırlanma qaydası sosial şəbəkələrdə gündəm yaradıb. Bir qrup tərəfindən, ev şəraitində hazırlanan maskalar olduqca zərərlidir. 

Qeyd edək ki, indiyə kimi Türkiyədə koronavirus xəstəliyindən 574 nəfər həyatını itirib, 27 min 069 nəfər isə bu xəstəlikdən əziyyət çəkir.

Mütəxəssislər, epidemiyadan qorunmaq üçün toplu vəziyyətdə olan ərazilərdə uzaq durmağı, maskalar taxmağı  və tez-tez əl yumaları barədə xəbərdarlıq edirlər.