Xəzər rayonunda bağ evindən oğurluq edən cinayətkar tutulub.  avtomobil soyğunçuları tutulub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-dən 5-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki bağ evlərindən birinin həyətindən 14.100 manat dəyərində metal hissələr, 5 ədəd su nasosu və 2 ədəd qaynaq aparatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Ələkbərov saxlanılıb.