Pakistandakı həbsxanada 50 məhbusun yeni tip koronavirusun (COVID-19) yayılması səbəbiylə öldüyü açıqlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 493 məkhumdan ibarət olan  həbsxanada daha 49 məhbusun da yoluxduğunu və karantinə alındığı bildirilib.

Belə ki, Vəkil Havaja Harisin, Pakistan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına əsasən, məhkumlara icazə verilməsi və ya bəzi cinayətlərə görə məhkumların azadlığa buraxılması barədə ərizə verib

Vəkil Havaja Harisin müraciətini qiymətləndirən Konstitusiya Məhkəməsinin qərarı nəticəsində tutulanların və bəzi cinayətlərə görə məhkum olanların sərbəst buraxılacağı gözlənilir.

Qeyd edək ki, Pakistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saatda ölkədə koronavirusa yoluxanların sayı 397 artaraq 3469-a, ölənlərin sayı 5 nəfər artaraq ümumi ölü sayı 50-yə yüksəlib.