Qərbi Afrika ölkəsi Liberiyada yeni bir növ koronavirus (COVID-19) səbəbiylə ilk ölüm hadisəsi baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə naziri Vilhelmina Jallahın mətbuata verdiyi açıqlamada, 72 yaşındakı bir xəstənin, “COVID-19” səbəbiylə paytaxt Monroviyadakı xəstəxanada öldüyünü bildirib.

Jallah, bu günə qədər ölkədə 13 koronavirus hadisəsinin görüldüyünü və bu şəxslərin karantində olduğunu qeyd edib.